"Şahed" Sumidə sərnişin qatarının üzərinə düşdü

"Şahed" Sumidə sərnişin qatarının üzərinə düşdü backend

10 iyun tarixində, Sumı dəmir yolu stansiyası üzərində vurulan Rusiyanın "Şahed" kamikadze dronu sərnişin qatarına çırpılıb.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna "Ukrzaliznitsa" agentliyinin açıqlamasına istinadən məlumat yayıb.

"Sumı bölgəsində Rusiya işğalçılarının daha bir xain hücumu. Düşmən Sumı dəmir yolu stansiyasına PUA ilə hücum edib. "Şahed" stansiya binasının üzərində vurulub və onun qalıqları 143 nömrəli Sumı-Raxiv sərnişin qatarına düşüb. Nəticədə sonuncu vaqonun damı alovlanıb", - deyə açıqlamada bildirilir.

Qeyd olunur ki, sərnişinlər və qatar heyəti hadisə zamanı sığınacaqda olduqları üçün xəsarət almayıblar.

QAZİLER.AZ