İranda məşhur din xadiminə ağır həbs cəzası verildi

İranda məşhur din xadiminə ağır  həbs cəzası verildi backend

Tanınmış din xadimi, universitet müəllimi və dini məsələlər üzrə tədqiqatçı Əbdürrəhim Süleymani barədə yeni məhkəmə qərarı çıxarılıb.

Qaziler.az xəbər verir ki, bununla bağlı, “İnsaf News” məlumat yayıb.

Nəşrin məlumatına görə, Din Xadimlərinin Xüsusi Məhkəməsi hazırda Qum şəhərində həbsdə saxlanılan Süleymanini 6 il müddətinə azadlıqdan məhrum edib.

Bundan əlavə, ona cərimə tətbiq edilib və din xadimi geyimindən istifadəsinə qadağa qoyulduğu bildirilir.

Süleymani İran hakimiyyətini tənqid edən çıxışları ilə tanınır və ona qarşı “milli təhlükəsizliyə zərbə vurmaq”, “ictimai düşüncəni çaşdırmaq”, “ali rəhbəri və müqəddəsləri təhqir etmək” kimi ittihamlar irəli sürüldüyü qeyd olunur.

QAZİLER.AZ