Bolqarıstan Ukraynaya silah tədarükünü dayandırır

Bolqarıstan Ukraynaya silah tədarükünü dayandırır backend

Bolqarıstan Ukraynaya silah tədarükünü dayandıracaq və Ukrayna Silahlı Qüvvələrinin "daha çox şəxsi heyətə ehtiyacı" olduğunu hesab edir.

Sofiya həmçinin Rusiyaya qarşı sanksiyaları xatırladıb.

Yeni təyin olunmuş Bolqarıstan hökuməti Ukraynaya silah tədarükünü dayandırmağı planlaşdırır. Hərbi dəstək əvəzinə Sofiya danışıqlara çağırır.

Qaziler.az-ın "Bloomberg"ə istinadən verdiyi məlumata görə, bu barədə Bolqarıstanın müdafiə naziri Dimitar Stoyanov bildirib.

"Ukraynaya daha çox silah yox, daha çox insan lazımdır", - o, deyib.

Bolqarıstanın müdafiə naziri həmçinin münaqişənin hər iki tərəfinin iştirakı ilə danışıqlar yolu ilə "ədalətli sülh" əldə etməyə çağırıb.

QAZİLER.AZ