Gürcüstanın Türkiyə ilə sərhədində yerləşən Sarpi kəndində 1400 ədəd psixotrop həblə Almaniya-Rusiya vətəndaşı saxlanılıb.
Qaziler.az yerli mətbuata istinadən bildirir ki, Gürcüstan Maliyyə Nazirliyinin Gəlir Xidmətinin Acarıstan Baş Polis İdarəsi və Gömrük İdarəsinin əməkdaşları ikili Almaniya və Rusiya vətəndaşlığına malik qadını saxlayıblar.
İstintaq məlumatına görə, o, xüsusilə külli miqdarda psixotrop maddələri qanunsuz əldə etməkdə, saxlamaqda və Gürcüstana idxal etməkdə ittiham olunur.
Sarpi gömrük məntəqəsində əl yükü yoxlanışı zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları 1400 ədəd Preqabalin həbi aşkar edərək müsadirə ediblər.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 261 və 263-cü maddələri ilə aparılır.
Təqsirləndirilən şəxs 12 ilə qədər həbs cəzası gözləyir.
QAZİLER.AZ



