Moskvada uşaq mənzildə yanğın törədib və xəstəxanaya yerləşdirilib

Moskvada uşaq mənzildə yanğın törədib və xəstəxanaya yerləşdirilib backend

13 yaşlı məktəbli Moskvanın şimalındakı Koptevo rayonunda bir mənzildə təcrübə apararaq yanğın törədib.

Qaziler.az bildirir ki, bu barədə 9 iyunda "İzvestiya" qəzetinin mənbəyi məlumat verib.

İlkin məlumatlara görə, uşaq kimyəvi təcrübələr apararkən əlində naməlum cihaz alovlanıb. Hadisə yerinə gələn xilasedicilər mənzildə mərmiyə bənzər bir əşya aşkar ediblər.

Oğlan xəstəxanaya yerləşdirilib və hadisənin təfərrüatları araşdırılır.

QAZİLER.AZ