Xameneyinin dəfn mərasiminin tarixi açıqlandı

Xameneyinin dəfn mərasiminin  tarixi açıqlandı backend

İranın mərhum Ali rəhbəri Əli Xameneyi üçün dəfn və vida mərasimlərinin Aşura günlərindən sonra keçirilməsi planlaşdırılır.

Qaziler.az xəbər verir ki, bununla bağlı IRNA agentliyi məlumat yayıb.

Agentliyin məlumatında mərasimlərin 25–26 iyun tarixlərindən dərhal sonra baş tutacağı bildirilir.

Qeyd edilib ki, Aşura şiə müsəlmanları üçün ən mühüm matəm günlərindən biri hesab olunur. Bu gün İmam Hüseynin, onun ailə üzvlərinin və səhabələrinin 680-ci ildə baş vermiş Kərbəla hadisəsində həlak olmasının ildönümü kimi qeyd edilir.

QAZİLER.AZ