Yanğınsöndürənlər Esenyurtda bir binanın damında başlayan və bitişik üç binanın damına yayılan yanğınla mübarizə aparırlar.
Türkiyənin İstanbul şəhərinin Esenyurt rayonunda yerləşən binanın damında hələlik müəyyən edilməmiş bir səbəbdən yanğın baş verib.
Qaziler.az TRT-Haber-ə istinadən bildirir ki, alovlar tez bir zamanda qonşu üç binanın damına yayılıb.
Xəbərdarlıq edildikdən sonra hadisə yerinə yanğınsöndürənlər, polis və tibb qrupları göndərilib.
Yanğınsöndürənlər alovu söndürərkən polis əməkdaşları ərazini mühasirəyə alıblar.
Bölmələr işlərini davam etdirirlər.



