Ermənistan müxalifəti 2005 seçki məntəqəsindən 555-də səslərin yenidən hesablanmasını tələb edib.
Qaziler.az "RİA Novosti"yə istinadla xəbər verir ki, bu barədə respublika MSK-nın mətbuat xidmətindən məlumat verilib.
"38 dairə seçki komissiyasından 17-si "Çiçəklənən Ermənistan" və "Birlik Qanadları" partiyalarının, eləcə də "Ermənistan" blokunun vəkilləri və namizədlərindən 555 seçki məntəqəsində səslərin yenidən sayılması üçün ümumilikdə 30 sorğu alıb", - deyə bəyanatda bildirilib.
Ermənistan MSK-dan bildiriblər ki, nəticələrə dairə seçki komissiyalarının binalarında yenidən baxılacaq.
Qeyd edək ki, iyunun 7-də Ermənistanda parlament seçkiləri keçirilib. Parlament mandatları uğrunda iki blok və 16 siyasi partiya mübarizə aparıb. "Mülki Müqavilə" partiyası lider hesab olunur.
QAZİLER.AZ



