Peskov: Avropalılar Ukrayna danışıqlarında vasitəçilik rolunu oynamaqdan çox uzaqdırlar

Peskov: Avropalılar Ukrayna danışıqlarında vasitəçilik rolunu oynamaqdan çox uzaqdırlar backend

Avropa ölkələri Ukraynadakı münaqişənin həlli üçün danışıqlarda vasitəçi rolunu oynamaqdan çox uzaqdırlar.

Qaziler.az "izvestiya"ya istinadən bildirir ki, Kremlin sözçüsü Dmitri Peskov bunu iyunun 9-da deyib.

"Avropalıların vasitəçilik roluna gəldikdə isə, onlar, ehtimal ki, hələlik vasitəçilik etməyə hazır deyillər", - deyə o, brifinqdə bildirib.

Onun sözlərinə görə, vasitəçilik səylərinə Rusiyanın şərtlərini irəli sürməklə başlamaq məntiqsizdir və Moskva üçün qəbuledilməzdir.

Peskov əlavə edib ki, Kremlin fikrincə, Avropa dövlətləri sülh danışıqlarından daha çox münaqişənin uzanmasına diqqət yetirirlər.

QAZİLER.AZ