Hava hücumundan müdafiə vasitələri altı saat ərzində Rusiya üzərində 95 Ukrayna Silahlı Qüvvələrinə məxsus PUA-nı məhv edib.
Qaziler.az bildirir ki, Rusiya Müdafiə Nazirliyi bu barədə 8 iyunda məlumat verib.
"Moskva vaxtı ilə saat 14:00-dan 20:00-dək növbətçi hava hücumundan müdafiə sistemləri Ukraynaya məxsus 95 təyyarə tipli pilotsuz uçuş aparatını ələ keçirərək məhv edib", - məlumatda deyilir.
Dronlar Belqorod, Bryansk, Kaluqa, Kursk, Orel, Ryazan və Tula vilayətləri, Moskva vilayəti, Krasnodar diyarı, Krım Respublikası və Qara dəniz üzərində vurulub.
QAZİLER.AZ



