Partlayış dalğası o qədər güclü olub ki, binanın kərpic divarını dağıdıb.
Rusiyanın Sankt-Peterburq şəhərindəki "Arsenal" hərbi zavodunun ərazisində güclü partlayış olub.
Daha sonra orada yanğın baş verib.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna sosial media paylaşımlarına istinadən məlumat yayıb.
İlkin məlumata görə, yanğının episentri kimyəvi reagentlərin saxlanıldığı anqar olub. Partlama gücü o qədər güclü olub ki, partlayış dalğası binanın kərpic divarını deşib.
"Arsenal" zavodu Rusiyanın hərbi-sənaye kompleksinin əsas obyektlərindən biridir.
Müəssisə Rusiya hərbi gəmiləri üçün dəniz artilleriya qurğuları və buraxılış sistemlərinin istehsalında ixtisaslaşıb.
Bundan əlavə, zavod raket texnologiyasının fərdi komponentləri və kosmik sənaye üçün ixtisaslaşdırılmış avadanlıqlar istehsal edir.
QAZİLER.AZ



