Tanınmış ukraynalı şərhçi Aleksandr Tınqayev vəfat edib

Tanınmış ukraynalı şərhçi Aleksandr Tınqayev vəfat edib backend

Ukraynalı jurnalist və müdafiəçi Aleksandr Tınqayev 46 yaşında vəfat etdi.

Qaziler.az bildirir ki, RBK-Ukrayna faciəni onun "Champion Radio"dakı həmkarlarının rəsmi açıqlamasına istinadən xəbər verdi.

İyunun 8-də məşhur ukraynalı idman şərhçisi, aparıcı və hərbi qulluqçu Aleksandr Tınqayev vəfat edib. Jurnalistin ürəyi reanimasiyada dayanıb.

Həkimlər bir gün əvvəl baş verən dəhşətli qəzadan sonra onun həyatını xilas etmək üçün sonuna qədər mübarizə aparsalar da onu xilas edə bilməyiblər.

Faciə  Aleksandr istirahətdə olarkən baş verib. Balıq tutarkən o, təsadüfən balıq ovu çubuğu ilə yüksək gərginlikli elektrik xəttinə ilişib və nəticədə güclü elektrik cərəyanı vurub.

QAZİLER.AZ