Qazaxıstan Respublikasının başçısı Kasım-Jomart Tokayev Ermənistanın baş naziri Nikol Paşinyanı təmsil etdiyi “Mülki Müqavilə” partiyasının parlament seçkilərində qələbəsi münasibətilə təbrik edib,
Qaziler.az bildirir ki, bu barədə Akorda məlumat yayıb.
Beynəlxalq müşahidəçilərin əksəriyyətinin ilkin məlumatlarına görə, seçkilər ölkənin mövcud seçki qanunvericiliyinə uyğun, açıq və vətəndaşların iradəsini ifadə etmək üçün lazımi şəraitlə keçirilib.
Qasım-Jomart Tokayev Nikol Paşinyana Ermənistanın uzunmüddətli milli maraqları naminə gələcək uğurlu fəaliyyət arzulayıb. Prezident qeyd edib ki, Qazaxıstan dost Ermənistanla qarşılıqlı maraq doğuran bütün sahələrdə fəal əməkdaşlığı davam etdirməyə hazırdır.
Qazaxıstanın dövlət başçısı erməni xalqına dövlətinin inkişafında uğurlar, əmin-amanlıq və firavanlıq arzulayıb.
QAZİLER.AZ



