Ermənistanda parlament seçkilərində səsvermə BAŞA ÇATDI

Ermənistanda parlament seçkilərində səsvermə  BAŞA ÇATDI backend

Ermənistanda Parlamentə keçirilən növbəti seçkilərdə səsvermə prosesi başa çatıb.

Qaziler.az Ermənistan KİV-nə istinadla xəbər verir ki, bu dəqiqələrdə ölkənin bütün ərazisində seçki məntəqələri bağlanır və nəticələrin hesablanması prosesinə başlanılır.

Saat 21:00-da Mərkəzi Seçki Komissiyası yekun seçici fəallığı göstəricisini dərc edəcək. Gecə yarısına yaxın isə nəticələrin onlayn rejimdə yayılmasına başlanılacaq.

Xatırladaq ki, 7 iyun tarixində Ermənistanda 18 siyasi qüvvənin — 2 blok və 16 partiyanın iştirak etdiyi parlament seçkiləri keçirilib. Seçkilərdə səsvermə hüququna malik olan vətəndaşların sayı 2 milyon 485 min 851 nəfərdir.

QAZİLER.AZ