Ermənistanda saat 17:00-a olan seçici fəallığı 49% təşkil edib

Ermənistanda saat 17:00-a olan seçici fəallığı  49% təşkil edib backend

İrəvan vaxtı ilə saat 17:00-a, yəni səsvermənin başa çatmasına 3 saat qalmış Ermənistanda növbədənkənar parlament seçkilərində seçici fəallığı 48,92% təşkil edib.

Qaziler.az xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyası məlumat yayıb. 

Açıqlanan rəqəmlərə görə, bu saata qədər 2 milyon 503 min 976 seçicidən 1 milyon 224 min 957-si səsvermə qutularına yaxınlaşıb.

Beləliklə, seçici fəallığı əvvəlki seçkilərlə müqayisədə təxminən 11% yüksəkdir. 5 il əvvəl keçirilən parlament seçkilərində isə saat 17:00-a qədər seçicilərin yalnız 38,17%-i (989 972 seçici) səs vermişdi.

Seçicilərin üçdə birindən çoxunun yaşadığı Ermənistanın paytaxtı İrəvanda fəallıq 48,52% (412 168) təşkil edib.

QAZİLER.AZ