Ermənistanda seçki pozuntuları ilə bağlı 6 nəfər saxlanılıb

Ermənistanda seçki pozuntuları ilə bağlı  6 nəfər saxlanılıb backend

Ermənistan Daxili İşlər Nazirliyi yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilər zamanı pozuntularla bağlı indiyədək 29 siqnalın daxil olduğunu açıqlayıb.

Qaziler.az Ermənistan KİV-nə istinadla xəbər verir ki, daxil olan müraciətlər üzrə 6 nəfər saxlanılıb.

Bundan əlavə, seçki prosesində mümkün qanun pozuntuları ilə bağlı daha 121 müraciət hazırda araşdırılmaq üçün emal mərhələsindədir.