Rusiyanın neft anbarına dron hücumu - güclü yanğın

Rusiyanın neft anbarına dron hücumu - güclü yanğın backend

Ukraynanın PUA hücumu nəticəsində Rusiyanın Krasnodar diyarının Ust-Labinsk şəhərindəki neft anbarında güclü yanğın baş verib.

 

Qaziler.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə diyarın təcili yardım qərargahı məlumat yayıb.

 

Ust-Labinskdəki neft anbarına PUA hücumu nəticəsində baş verən yanğının söndürülməsi üçün Rusiya Fövqəladə Hallar Nazirliyinin qüvvələri, o cümlədən 54 texnika cəlb olunub.

 

Məlumata görə, neft anbarında yanğın təxminən 5000 kvadratmetr sahəni əhatə edir.

 

Hücum nəticəsində ölüm faktı qeydə alınmayıb.