Moskva meri paytaxta doğru uçan 13-cü PUA-nın vurulması barədə məlumat verib.
Rusiya Müdafiə Nazirliyinin Hava Hücumundan Müdafiə Qüvvələri paytaxta doğru hərəkət edən pilotsuz uçuş aparatının (PUA) hücumunu dəf edib.
Qaziler.az "izvestiya"ya istinadən bildirir ki, bu barədə iyunun 5-də Moskva meri Sergey Sobyanin məlumat verib.
“Müdafiə Nazirliyinin hava hücumundan müdafiə sistemi Moskvaya doğru uçan pilotsuz uçan aparatı vurdu”, o, sosial media hesabında yazıb.
Fövqəladə hallar xidmətinin mütəxəssisləri hazırda təyyarənin qalıqlarının olduğu yerdə işləyirlər.
QAZİLER.AZ



