Saakaşvili: Bulanıq sular əvvəl-axır durulur

Saakaşvili: Bulanıq sular əvvəl-axır durulur backend

Heç nəyə baxmayaraq, ümumilikdə sağlam bir proses gedir və bulanıq  sular əvvəl-axır durulacaq.

Qaziler.az bildirir ki, Mixeil Saakaşvili bu barədə sosial media hesabında yazıb.

Onun sözlərinə görə, müxtəlif siyasi aktorların maraqlarına baxmayaraq, nəticə etibarilə həlledici olan ideya və onun ətrafında birləşən insanlardır.

"Bütün bunlarda ən vacib şeyi yadda saxlamalıyıq: bizim əla bir ideyamız var - dünyada mühüm rolu olan əbədi uğurlu Gürcüstan. Mən bu ideya üçün hər şeyimi vermişəm.

Başqalarının maraqları var. Nəticədə, qalib gələn maraqlar, pul və şəxsi mənfəət deyil, ideya və idealistlərdir", - Saakaşvili yazır.

QAZİLER.AZ