Qara dənizdə Türkiyə bayrağı altında üzən balıqçı gəmisinə hücum: Ölən və yaralananlar var

Qara dənizdə Türkiyə bayrağı altında üzən balıqçı gəmisinə hücum: Ölən və yaralananlar var backend

Türkiyə Daxili İşlər Nazirliyinin Sahil Mühafizəsi Komandanlığı, Türkiyə bayrağı altında üzən "DURU 67" adlı balıqçı gəmisinin Qara dənizdə hücum nəticəsində batdığını, nəticədə bir balıqçının öldüyünü, dördünün isə yaralandığını açıqladı.

Qaziler.az bildirir ki, bu barədə TRT-Haber məlumat yayıb.

Ərazidə olan "Burak Kaya" adlı balıqçı gəmisi batan qayıqdan 5 yaralını xilas edib. İnebolu istiqamətində gedən ağır yaralılardan biri daşınma zamanı həyatını itirib.

Məlumatdan sonra Sahil Mühafizəsinin "TCSG-96" gəmisi saat 12:35-də İnebolu limanından yola düşüb.

Təyin olunmuş bölmə saat 19:20-də Türkiyə axtarış və xilasetmə bölgəsində, İnebolu limanından 115 dəniz mili şimalda yerləşən "Burak Kaya" adlı balıqçı gəmisinə çatıb.

Həlak olan balıqçının cəsədi və yaralılar Sahil Mühafizəsi gəmisinə aparılıb. Yaralılara tibbi yardım göstərilib və gəmi İnebolu limanına geri dönüb.

QAZİLER.AZ