Rusiya Qəhrəmanı Ukraynada öldürülüb

Rusiya Qəhrəmanı Ukraynada öldürülüb backend

Rusiya Qəhrəmanı Naran Oçir-Qoryayev Ukraynada gedən müharibədə öldürülüb.

Rusiya Qəhrəmanı və Kalmıkiya əsilli, Rusiya Prezidenti Vladimir Putinlə birbaşa yayımda danışan Naran Oçir-Qoryayev "xüsusi hərbi əməliyyat zonası"nda döyüş tapşırığını yerinə yetirərkən öldürülüb.

Qaziler.az "izvestiya"ya istinadən bildirir ki, bu barədə respublika rəhbəri Batu Xasikov iyunun 5-də bildirib.

Xasikovun sözlərinə görə, zabit müharibənin ilk günlərindən cəbhə xəttində xidmət edib. O, Soledar uğrunda döyüşlərdə, Severskin tutulmasında və digər əməliyyatlarda iştirak edib.

Region başçısı qeyd edib ki, Oçir-Qoryayevin bölməsi effektiv və minimal itkilərlə fəaliyyət döyüşüb.

QAZİLER.AZ