Türkiyənin Kahramanmaraş bölgəsində meşə yanğınları riski səbəbindən 8 iyun - 31 oktyabr tarixləri arasında meşəlik ərazilərə giriş qadağan edilib.
Qaziler.az TRT-Haber-ə istinadən bildirir ki, Kahramanmaraş valiliyinin verdiyi açıqlamada yayın gəlişi və temperaturun yüksəlməsi ilə meşə yanğınları riskinin artdığı bildirilir.
Bəyanatda həmçinin qeyd olunur ki, meşə yanğınları ilə mübarizə komissiyasının qərarına əsasən, şəhər daxilində meşələrə və meşəlik ərazilərə giriş 31 oktyabr tarixinə qədər qadağandır və bu ərazilərə giriş müvafiq orqanların icazəsi ilə həyata keçirilir.
Açıqlamada həmçinin qadağalara əməl etməyənlərin müvafiq qanunlara uyğun olaraq məsuliyyətə cəlb olunacağı bildirilib.
QAZİLER.AZ



