Navalnının xatirəsini anmaq üçün gətirilən güllər Puşkinin abidəsi önünə qoyuldu

Navalnının xatirəsini anmaq üçün gətirilən güllər Puşkinin abidəsi önünə qoyuldu backend

Rusiyanın müxalifət lideri, ictimai xadim, siyasi məhbus Aleksey Navalnının xatirəsinə Tbilisidəki Puşkin abidəsi önünə gül dəstələri qoyulub.

Qaziler.az bildirir ki, bu barədə apsny.ge məlumat verir.

Tbilisidə yaşayan Rusiya vətəndaşları 4 iyun axşamı Aleksey Navalnının xatirəsini yad etmək üçün həmin əraziyə gəliblər.

Tədbir "Frame" tərəfindən təşkil olunub və maraqlananları Azadlıq Meydanı yaxınlığındakı Puşkin abidəsinə gül dəstələri qoymağa çağırıb.

Tədbir siyasətçinin ad gününə təsadüf edib - 4 iyun onun 50 yaşı tamam olacaqdı.

QAZİLER.AZ