Azərbaycanla sülh müqaviləsi imzalanacaq - Robert Köçəryan

Azərbaycanla sülh müqaviləsi imzalanacaq - Robert Köçəryan backend

Azərbaycanla sülh müqaviləsi sülhü təmin edəcək əlavələrlə birlikdə imzalanacaq.

Qaziler.az xəbər verir ki, bu barədə Ermənistanın ikinci prezidenti, baş nazirliyə namizəd Robert Köçəryan seçkiqabağı təşviqat kampaniyası çərçivəsində seçicilərlə keçirdiyi yekun görüşdə bəyan edib.

"Əmin olun, bu mümkündür və biz bunu edəcəyik. Biz Ermənistanı müasir sənaye ölkəsi, regionun ən səmərəli inkişaf edən dövləti, inkişaf etmiş kənd təsərrüfatı və maliyyə sisteminə malik bir məkan kimi görürük. Yenidən regionun investisiyalar üçün ən cəlbedici ölkəsi olacağıq. Keçmişdə belə idik və yenə də olacağıq”, - deyə siyasətçi bildirib.

Köçəryan vurğulayıb ki, Ermənistanda təhlükəsizlik, idarəetmə və böyük biznes sahəsində onun qədər təcrübəsi olan ikinci bir siyasətçi yoxdur.

Qaziler.az