Peskov Zelenskini Moskvaya dəvət etdi

Peskov Zelenskini Moskvaya dəvət etdi backend

Peskov bildirib ki, Zelenski danışmaq istəsə, Moskvaya gələ bilər.

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya lideri Vladimir Putinlə danışmaq istəsə, istənilən vaxt Moskvaya gələ bilər.

Qaziler.az xəbər verir ki, RİA Novosti agentliyinin verdiyi məlumata görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Prezident Putin dedi ki, əgər Zelenski danışmaq istəyirsə, Moskvaya gəlib bunu edə bilər", - deyə rəsmi şəxs bildirib.

O, Ukrayna liderinin münaqişəyə son qoymaq üçün Putinlə görüşməyi təklif etdiyi açıq məktubunu şərh edərkən bildirib.

Məktubda Zelenski Putinlə təklif olunan görüşün İsveçrədə, Türkiyədə və ya ərəb ölkəsində baş tuta biləcəyini qeyd edib.

QAZİLER.AZ