Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya prezidenti Vladimir Putinə açıq məktub yazıb.
Qaziler.az xəbər verir ki, Zelenski məktubda Putini müharibəyə son qoymağa və prezidentlər səviyyəsində birbaşa danışıqlara keçməyə çağırıb.
Zelenski qeyd edib ki, potensial görüşün mütləq Moskva və ya Kiyevdə keçirilməsi vacib deyil. İsveçrə, Türkiyə və ya ayrı-ayrı ərəb dövlətləri kimi ənənəvi olaraq müharibə və sülh mövzusunda diplomatik təşəbbüslər göstərən ölkələr danışıqlar üçün məkan kimi qəbul edilə bilər.
"Hazırkı cəbhə xətti diplomatik prosesin başlamalı olduğu başlanğıc nöqtəsidir", - Ukraynanın dövlət başçısı vurğulayıb.
QAZİLER.AZ



