Rusiyanın Ermənistandan bir xahişi var: Avropa İttifaqı ilə bağlı referendum mümkün qədər tez keçirilsin.
Qaziler.az-ın TASS-a istinadən məlumatına görə, Rusiya Prezidenti Vladimir Putin bunu Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda (SPIEF) bildirib.
"Erməni həmkarlarımızdan hansı istiqaməti seçmək istədiklərinə mümkün qədər tez qərar vermələrini xahiş edərdik", - deyə prezident bildirib.
O, qeyd edib ki, Rusiya seçdiyi yoldan asılı olmayaraq, bu respublika ilə normal münasibətləri qoruyub saxlayacaq.
QAZİLER.AZ



