Kiyevdə rus yazıçısı Mixail Bulqakovun abidəsi sökülüb.
Qaziler.az bildirir ki, bu barədə 4 iyun tarixində Ukraynanın Strana.ua nəşri məlumat yayıb.
Nəşrin Telegram kanalında dərc olunan görüntülərdə işçilərin şəhərdə yerləşən abidəni tamamilə sökdüyü görünür.
Məlumata görə, Kiyev Şəhər Şurası onun sökülməsi barədə qərarı ötən ilin dekabr ayında verib.
Xatırladaq ki, Mixail Afanasyeviç Bulqakova dünya şöhrəti gətirən əsəri "Master və Marqarita" romanıdır.
QAZİLER.AZ



