Təyyarə burun hissəsi ilə hava limanının asfaltına çırpıldı

Təyyarə burun hissəsi ilə hava limanının asfaltına çırpıldı backend

Almaniyanın Frankfurt şəhərində "Luthansa" aviaşirkətinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində bir neçə nəfər xəsarət alıb.

"Luthansa" şirkətinə məxsus təyyarə Avropa hava limanında asfalt örtüyə çırpılıb.

Qaziler.az bildirir ki, bu barədə "Reuters" xəbər verir.

Hadisə 4 iyun tarixində Frankfurt hava limanında ABŞ-ın Los-Ancelesinə uçmalı olan "Boeing 787" təyyarəsində baş verib. Aviaşirkət sözçüsünün sözlərinə görə, həmin vaxt sərnişinlər hələ təyyarəyə minməyiblər.

Təyyarədə və təyyarənin yaxınlığında yalnız heyət və yerüstü heyət üzvləri olub.

Bu insanlardan bir neçəsi qəza nəticəsində xəsarət alıb.

QAZİLER.AZ