Avropa ölkələri rusiyalı turistlərə görə Aİ-dən sərt qərar tələb edir

Avropa ölkələri rusiyalı turistlərə görə Aİ-dən sərt qərar tələb edir backend

11 ölkə Rusiya vətəndaşlarını öz ölkələrində görmək istəmir.

Polşalı nazirlər Radoslav Sikorski və Marçin Kervinski Avropa Komissiyasını Rusiya vətəndaşları üçün Şengen vizasının verilməsini sərtləşdirməyə çağıran 11 ölkənin təşəbbüsünü dəstəkləyiblər.

Qaziler.az bildirir ki, bu barədə  RMF24 məlumat yayıb.

Aİ və tərəfdaş ölkələrdən on biri viza siyasətinin sərtləşdirilməsini tələb edir.

Polşa, digər on ölkə ilə birlikdə - İsveç, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Latviya, Litva, Niderland, Norveç və İslandiya - Avropa Komissiyasını Rusiya vətəndaşlarına Şengen vizasının verilməsinə yanaşmasını təcili olaraq nəzərdən keçirməyə çağırıblar.

İlk növbədə, Ukraynaya qarşı davam edən müharibə fonunda rusiyalılar üçün turist vizalarının qadağan edilməsindən söhbət gedir.

Nazirlər vurğulayırlar ki, hərbi əməliyyatlar davam etdiyindən təcavüzkar dövlətin vətəndaşları Avropa kurortlarından istifadə etməməlidirlər.

QAZİLER.AZ