Rusiyanın Krasnodar diyarında Kuban çayının bəndin üzərindən qismən daşması səbəbindən üç kənd təxliyə edilib.
Qaziler.az bildirir ki, bu barədə regional təcili yardım qərargahının Telegram kanalında məlumat verilib.
Bəndin yaxınlığında yerləşən Zapadnıy kəndi, eləcə də Qvardeyskoye kəndi və Urma xutoru təxliyə edilib.
Bu yaşayış məntəqələrində ümumilikdə təxminən 180 nəfər yaşayır.
Hərəkətliliyi məhdud olan sakinlərin bir gün əvvəl təxliyə edildiyi və Krımsk şəhərində və Ekonomiçeskoye kəndində müvəqqəti sığınacaqların yaradıldığı qeyd olunur.
QAZİLER.AZ



