Zelenski danışıqlarla bağlı açıqlama verdi.
Ukrayna Rusiya diktatoru Vladimir Putinlə birbaşa danışıqlar da daxil olmaqla, müharibənin diplomatik yolla sona çatması üçün istənilən formata hazırdır. Lakin ABŞ-ın diqqəti artıq dünyanın digər münaqişələrinə yönəlib.
Qaziler.az-ın RBC-Ukrayna-ya istinadən məlumatına görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə NATO-nun baş katibi Mark Rutte ilə birgə mətbuat konfransında bildirib.
Prezidentin sözlərinə görə, Kiyev danışıqlar aparanları cəlb etmək üçün Amerika tərəfi ilə daim əlaqə saxlayır, lakin bu proses xeyli gecikir.
“Danışıqlar qrupunun gəlməsini gözləyirik, amma mənim fikrimcə, bu, çox uzun bir müddətdir. Təəssüf ki, bu gün (ABŞ-da) diqqət mərkəzində biz deyilik. İran ABŞ üçün bir nömrəli məsələ, Ukrayna isə ikinci yerdədir. Təəssüf ki, məlum oldu ki, biz bu müharibələrin bitməsi üçün növbədəyik”, - deyə Zelenski bildirib.
QAZİLER.AZ



