Paşinyan sülh göyərçinini uçura bilmədi - VİDEO

Paşinyan sülh göyərçinini uçura bilmədi -  VİDEO backend

Ermənistanın baş naziri Nikol Paşinyan seçkiönü təşviqat kampaniyası zamanı iki dəfə cəhd etməsinə baxmayaraq, sülh göyərçinini göyə uçura bilməyib.

Qaziler.az xəbər verir ki, sözügedən görüntülər "Facebook"un canlı yayımında göstərilib.

Geğarkunik vilayətində seçicilərlə görüş zamanı Paşinyana mövcud hökumətin dövründə bərqərar olacaq sülhün rəmzi olaraq göyə göyərçin uçurmaq təklif edilib. Lakin ilk cəhd zamanı quş baş nazirin əllərinə geri qayıdıb, ikinci cəhddə isə yerə oturub.

Paşinyan göyərçini yerdən götürərək əlinə qondurub və quşun özünün uçacağına ümid edib. Lakin göyərçin yerindən tərpənməyib və nəticədə Paşinyan quşu sahibinə qaytarıb.

Qeyd edək ki, Ermənistanda parlament seçkiləri iyunun 7-də keçiriləcək.

QAZİLER.AZ