Paşinyan seçkilərdən sonra Putinlə görüşəcək

Paşinyan seçkilərdən sonra  Putinlə görüşəcək backend

Ermənistanın Baş naziri Nikol Paşinyan respublikada keçiriləcək seçkilərdən sonra Moskvaya səfər etməyi və Rusiya Prezidenti Vladimir Putinlə görüşməyi planlaşdırdığını bəyan edib.

Qaziler.az xəbər verir ki, bu barədə "İnterfaks" məlumat yayıb.

Seçkiönü təşviqat çərçivəsində seçicilərlə görüşündə Paşinyan bildirib ki, iyunun 1-də Putin onu telefonla ad günü münasibətilə təbrik edib. Onun sözlərinə görə, siyasətçilər təbrik zamanı işgüzar söhbət də aparıblar.

"Biz razılaşdıq ki, seçkilərdən sonra mən yenidən gedib görüşəcəyəm gedəcəyəm və bütün cari məsələləri həll edəcəyik", — deyə Ermənistanın Baş naziri qeyd edib.

Qeyd edək ki, Ermənistanda parlament seçkiləri 7 iyun 2026-cı il tarixində keçiriləcək.

QAZİLER.AZ