Lukaşenko 9 Mayda Moskvaya müharibə dövründəki reseptlə hazırlanmış çörək gətirib - VİDEO

Lukaşenko 9 Mayda Moskvaya müharibə dövründəki reseptlə hazırlanmış çörək gətirib - VİDEO backend

Belarus prezidenti Aleksandr Lukaşenko Qələbə Günündə Moskvaya İkinci Dünya Müharibəsi dövründəki reseptlə hazırlanmış çörək gətirib.

Qaziler.az "izvestiya"ya istinadən bildirir ki, Rusiya prezidenti Vladimir Putin bunu 2 iyunda Rus dilinin və Rusiya xalqlarının dillərinin dəstəklənməsi üzrə dövlət siyasətinin həyata keçirilməsi üzrə Şuranın iclasında açıqlayıb.

Putinin sözlərinə görə, Belarus lideri Böyük Vətən Müharibəsi zamanı istifadə edilən reseptlərə əsasən bişirilmiş çörək nümunələrini gətirib.

Putin İkinci Dünya Müharibəsi zamanı Moskva və Stalinqradda bişirilmiş çörəyi dadmaqda maraqlı olduğunu bildirib.

Onun fikrincə, bu məhsulun xüsusi tarixi və simvolik əhəmiyyəti var.

QAZİLER.AZ