Daşkənddə müəllim iki nəfəri qətlə yetirməkdə şübhəli bilinir

Daşkənddə müəllim iki nəfəri qətlə yetirməkdə şübhəli bilinir backend

Ölənlər 22 yaşlı qız və 51 yaşlı Çin vətəndaşıdır.

Özbəkistan Baş Prokurorluğundan UzNews.uz-a verilən məlumata görə, 28 yaşlı məktəb müəllimi paytaxtın Sergeli rayonunda iki nəfəri qətlə yetirməkdə şübhəli bilinir.

İlkin məlumata görə, hadisə mayın 21-də baş verib. Ölənlər 2004-cü il təvəllüdlü qadın və 1975-ci il təvəllüdlü Çin vətəndaşıdır.

Prokurorluq Özbəkistan Respublikası Cinayət Məcəlləsinin 97-ci maddəsinin 2-ci hissəsi (qəsdən adam öldürmə) ilə cinayət işi açıb.

Şübhəli saxlanılıb.

QAZİLER.AZ