"Domodedovo" hava limanı müvəqqəti uçuş məhdudiyyətləri tətbiq edib.
Rusiya Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviasiya) "Domodedovo" Hava Limanının hava məkanından istifadəyə müvəqqəti məhdudiyyətlər tətbiq etdiyini açıqladı.
Qaziler.az yerli mətbuata istinadən bildirir ki, uçuşlar müvafiq orqanlarla əlaqələndirilərək həyata keçirilir.
Agentlik cədvəldə düzəlişlərin mümkün olduğu barədə xəbərdarlıq edib.
Sərnişinlərə hava limanının onlayn uçuş məlumat lövhəsindən istifadə edərək uçuş statusunu yoxlamağı tövsiyə edib. Bu məhdudiyyətlər uçuş təhlükəsizliyini təmin etmək üçün tətbiq edilib.
QAZİLER.AZ



