Putin və Lukaşenko ikitərəfli əməkdaşlığın gələcək inkişafını müzakirə ediblər

Putin və Lukaşenko ikitərəfli əməkdaşlığın gələcək inkişafını müzakirə ediblər backend

Rusiya Prezidenti Vladimir Putin Belarus lideri Aleksandr Lukaşenko ilə telefon vasitəsilə ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi ilə bağlı cari məsələləri müzakirə edib.

Qaziler.az bildirir ki, bu barədə Kremlin mətbuat xidməti iyunun 2-də məlumat verib.

 "Vladimir Putin və Belarus Prezidenti Aleksandr Lukaşenko arasında telefon danışığı zamanı ikitərəfli müttəfiqlik əməkdaşlığının daha da inkişaf etdirilməsi ilə bağlı cari məsələlər müzakirə olunub", - Kremlin saytında bildirilir.

8 mayda Lukaşenko ilə görüşdə Putin qeyd edib ki, çətinliklərə baxmayaraq, Rusiya ilə Belarus arasında ticarət əlaqələri rekord səviyyədədir. O əlavə edib ki, Moskva və Minsk arasında cari iqtisadi və sosial məsələlər üzrə həmişə müzakirə ediləcək çox şey var.

QAZİLER.AZ