Ermənistanın Korrupsiyanın Qarşısının Alınması Komissiyası "Güclü Ermənistan" partiyasının lideri Samvel Karapetyana qarşı yeni cinayət işi açıb.
Qaziler.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə komissiya məlumat yayıb.
Qeyd edilib ki, "Güclü Ermənistan" partiyasının sədri aktivləri və gəlirləri haqqında bəyannamə təqdim etməyib.
Xatırladaq ki, Samvel Karapetyan 2025-ci ilin iyununda Ermənistanda həbs edilib. Ona Ermənistanda hakimiyyətin zorla ələ keçirilməsinə dair açıq çağırışlar etmək ittihamı irəli sürülüb. Hazırda o, ev dustaqlığındadır.



