Gürcüstanın beşinci prezidenti Salome Zurabişvili bildirib ki, son bir neçə ildə Gürcüstanda baş verənlər demokratiyanın və dövlətin ələ keçirilməsidir.
Qaziler.az-ın yerli mətbuata istinadən xəbərinə görə, Oslo Azadlıq Forumunda çıxış edən siyasətçi qeyd edib ki, ölkə, ehtimal ki, ən çətin dövrlərindən birini yaşayır.
Zurabişvilinin sözlərinə görə, bu, dünən Gürcüstanın demokratiyanın mayakına, Avropaya inteqrasiya məsələlərində qonşu ölkələr arasında liderə, islahat və transformasiya modeli olmasına baxmayaraq baş verir.
Zurabişvili qeyd edib ki, "Gürcüstan eyni medalın bir tərəfidir, medalın digər tərəfi olan Ukrayna isə silahlı mübarizə aparır".
QAZİLER.AZ



