Rusiyalı həkim bir kateqoriya insanları axmaq adlandırdı

Rusiyalı həkim bir kateqoriya insanları axmaq adlandırdı backend

Rusiyalı həkim Myasnikov özünü istidən qorumayan hipertoniya xəstələrini axmaq adlandırdı.

Həkim və televiziya aparıcısı Aleksandr Myasnikov "Rossiya 1" kanalında bir kateqoriya insanı axmaq adlandırıb.

Həkim onları "Smotrim" platformasında yayımlanan bir buraxılışda tənqid edib.

Həkimin sözlərinə görə, istidən qorunmayan hipertoniya xəstələri ciddi səhv edirlər, çünki yüksək temperatur hipertoniya böhranına səbəb ola bilər.

"Ya təzyiq dərmanınızı qəbul etməmisiniz, ya da axmaqsınız. Günəş altında başınız açıq, hipertoniya xəstəsisiniz... Ciddi deyirəm, bəzən təəccüblənirəm", - deyə həkim qışqırdı.

O əlavə edib ki, yüksək təzyiqli insanlar, xüsusən də isti havalarda vəziyyətlərinə daha diqqətlə yanaşmalıdırlar.

QAZİLER.AZ