Rusiya qoşunları yaxın zamanda Ukraynaya daha bir kütləvi hücum edə bilər. Ukrayna Prezidenti Volodimir Zelenski vətəndaşları təhlükəsizlik qaydalarına laqeyd yanaşmamağa çağırıb.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Zelenskinin axşam videomüraciətinə istinadən məlumat yayıb.
"Kütləvi zərbə ola bilər. Rusiyalılar bunu hazırlayıblar", - Ukrayna dövlət başçısı bildirib.
O, Ukrayna hava hücumundan müdafiə qüvvələrinin öz vəzifələrini gecə-gündüz yerinə yetirməyə davam etdiyini və mümkün hücumları dəf etməyə hazır olduğunu vurğuladı.
"Səma müdafiəçilərimiz mövcud təchizatla mümkün qədər 24/7 hazırdırlar", - dövlət başçısı qeyd edib.
Eyni zamanda, Zelenski vətəndaşları hava hücumu siqnallarına etinasız yanaşmamağa və təhlükə yarandıqda dərhal sığınacaq axtarmağa çağırıb.
QAZİLER.AZ



