Ukrayna əsgərləri robotlarla Xarkov bölgəsindəki bir qəsəbəni Rusiya hərbçilərindən təmizləyib.
Rusiyanın Ukraynanın Novoplatonovka qəsəbəsinı "ələ keçirdiyi" iddiaları fonunda 115-ci mexanikləşdirilmiş briqadanın hərbçiləri əməliyyatın videosunu yayımlayıb və qəsəbəyə nəzarət etdiklərini təsdiqləyiblər.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Ukrayna Silahlı Qüvvələrinin 115-ci mexanikləşdirilmiş briqadasının Telegram kanalına istinadən məlumat yayıb.
Briqada Rusiya tərəfinin Novoplatonovkanın guya ələ keçirilməsi ilə bağlı yaydığı məlumatların həqiqətə uyğun olmadığını bildirib. Hərbçilərin sözlərinə görə, qəsəbə Ukrayna Müdafiə Qüvvələrinin nəzarəti altındadır.
"Kəndin təmizlənməsi səmərəli və problemsiz həyata keçirilib. Yerüstü robot sistemi etibarlı atəş örtüyü təmin edib və bu da qrupun tapşırığı uğurla yerinə yetirməsinə imkan verib. Novoplatonovka Ukrayna Müdafiə Qüvvələrinin nəzarəti altındadır", - məlumatda deyilir.
Hərbçilər həmçinin əməliyyatın videoya çəkilməsindəki köməyə görə 10-cu Ordu Korpusuna təşəkkür edib və tapşırığın görüntülərini yayımlayıblar.
QAZİLER.AZ



