Putin valideynlikdən daha böyük xoşbəxtlik olmadığını söyləyib.
Rusiya Prezidenti Vladimir Putin valideynlikdən daha böyük xoşbəxtliyin olmadığını bildirib.
Qaziler.az bildirir ki, bu barədə TASS məlumat yayıb.
İyunun 1-də dövlət başçısı çoxuşaqlı ailələlərə dövlət mükafatlarını — "Qəhrəman ana" və "Valideyn şöhrəti" ordenlərini təqdim edib.
"Həyat seçimlərinizlə bir daha sübut edirsiniz ki, əsl ailə dəyərlərindən daha vacib bir şey yoxdur; onlar ən etibarlı dəstəyi təmin edir. Və insan üçün valideyn olmaqdan daha böyük xoşbəxtlik yoxdur", - deyə o bildirib.
Putin həmçinin bildirib ki, hökumət Rusiyada çoxuşaqlı ailələrin sayını artırmaq üçün bütün lazımi şəraiti yaratmağa çalışır.
QAZİLER.AZ



