"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Biləcəri stansiyasından Böyük Kəsik istiqaməti üzrə Ermənistana 4 vaqondan ibarət, ümumi çəkisi 280 ton olan buğda, həmçinin 4 vaqondan ibarət, çəkisi 277 ton təşkil edən gübrə yükü göndərilib.
Qaziler.az "Report"a istinadla xəbər verir ki, sözügedən tədarük Rusiyadan Azərbaycan ərazisi vasitəsilə tranzit yolla reallaşdırılır.
Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 28 min tondan çox taxıl, 4 min tondan çox gübrə, 133 ton alüminium və 68 ton qarabaşaq göndərilib.
Xatırladaq ki, tranzitlə yanaşı, Azərbaycandan Ermənistana neft məhsulları da ixrac olunur. İndiyədək Azərbaycandan Ermənistana 10 min tondan çox dizel, 979 ton "Aİ-92" benzini və 2 955 ton "Aİ-95" benzini ixrac olunub.
"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Biləcəri stansiyasından Böyük Kəsik istiqamətində Ermənistana 4 vaqondan ibarət, çəkisi 280 ton olan buğda və 4 vaqondan ibarət, çəkisi 277 ton olan gübrə göndərilib.



