Qaluzin diplomatlar üçün Kiyevə qarşı cavab zərbələri ilə bağlı brifinq keçirəcək.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova KP.RU-ya bildirib ki, 27 mayda Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin xarici diplomatik korpus nümayəndələri üçün Kiyev hərbi hədəflərinə cavab zərbələri məsələsi ilə bağlı brifinq keçirəcək.
Onun sözlərinə görə, Rusiya tərəfi planlaşdırılan zərbələr barədə əvvəlcədən xəbərdarlıq edib və nəzərə alınmalı olan hədəfləri müəyyən edib.
"Bu ölkələrin nümayəndələri üçün xarici işlər nazirinin müavini səviyyəsində xüsusi brifinq keçiriləcək. Mixail Yuryeviç Qaluzin sabah Moskvada diplomatik korpusla görüşəcək. Biz yanaşmalarımızı açıqlayacaq və sualları cavablandıracağıq", - Zaxarova deyib.
QAZİLER.AZ



