Gürcüstanın Müstəqillik Günündə müxalifət Tbilisidə mitinq keçirib - VİDEO

Gürcüstanın Müstəqillik Günündə müxalifət Tbilisidə mitinq keçirib - VİDEO backend

Gürcüstanın Müstəqillik Günündə Tbilisinin mərkəzində müxalifət mitinq keçirib.

Qaziler.az bildirir ki. bu barədə jurnalist Giorgi Cabişvili mayın 26-da hadisə yerindən "İzvestiya"ya məlumat verib.

Etirazçılar Tbilisi Dövlət Universitetindən parlament binasına doğru yürüş edərək Rustaveli prospektini tamamilə bağlayılar. Küçədə nəqliyyatın hərəkəti iflic olub.

Bir çox etirazçı Gürcüstan, Avropa Birliyi və ABŞ bayraqlarını daşıyıb. Radikal müxalifət liderləri etirazçılara müraciət edərək mikrofonsuz çıxışlar ediblər. 

"Liderlərdən biri bildirib ki, bu gün Yerevanda işgüzar səfərdə olan [ABŞ dövlət katibi] Marko Rubio radikal müxalifəti dəstəkləmək üçün burada, Tbilisidə olmalı idi", - jurnalist qeyd edib.

QAZİLER.AZ