Binaya dəyən raketin qalıqları "Çernobıl" muzeyinin damında tapılıb

Binaya dəyən raketin qalıqları "Çernobıl" muzeyinin damında tapılıb backend

Kiyevdəki "Çernobıl" milli muzeyinin damındakı dağıntıları təmizləyərkən binaya dəyən raketin bir parçası aşkar edilib. Mütəxəssislər artıq onun identifikasiyası üzərində işləyirlər.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukraine Çernobıl Operatorları Assosiasiyasının rəhbəri Yaroslav Yemelyanenkonun "Threads"dəki paylaşımına istinadən məlumat yayıb.

Yemelyanenkonun sözlərinə görə, sonuncu raket hücumunun baş verdiyi yerdə təmizləmə işləri davam edir.

Kommunal xidmətlər və xilasetmə işçiləri dağıntıları təmizləyir, zədələnmiş nəqliyyat vasitələrini yedəkləyir və zədələnmiş dam hissələrini sökürlər.

Eyni zamanda, ən vacib "tapıntı" muzeyin damında aşkar edilmiş böyük bir raket qalığı olub.

QAZİLER.AZ