Bu cür təhdidlər müharibənin sona çatması üçün beynəlxalq səylərə etinasızlıqdır
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun ABŞ dövlət katibi Marko Rubioya Kiyevə mümkün zərbələr barədə dedikləri açıq-aşkar təxribatdır və Moskvanın müharibəni davam etdirməkdə maraqlı olduğunu nümayiş etdirir.
Qaziler.az bildirir ki, bu barədə "İnterfaks-Ukrayna" məlumat yayıb.
Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Sergey Lavrovun ABŞ nümayəndələri ilə təmaslar zamanı Kiyevə hücum təhdidləri ilə bağlı açıqlamalarına münasibət bildirib.
"Mən bunu həyasızca təxribat kimi qiymətləndirirəm. Bu, Rusiyanın müharibəni davam etdirməkdə maraqlı olduğunun daha bir göstəricisidir və ictimaiyyətə açıq şəkildə təsdiqdir. Lavrov söhbəti açıq şəkildə çatdırır və Kiyevə hücumlarla hədələdiyini təsdiqləyir", - deyə nazir vurğulayıb.
QAZİLER.AZ



