Umerov gözlənilmədən Berlinə getdi: nəyi və kiminlə müzakirə etdi

Umerov gözlənilmədən Berlinə getdi: nəyi və kiminlə müzakirə etdi backend

Danışıqlar avroüçlük (Almaniya, Fransa və Birləşmiş Krallıq) nümayəndələrinin iştirakı ilə qapalı formatda keçirilib.

Ukraynanın baş danışıqçısı Rüstəm Umerov Almaniya, Fransa və Birləşmiş Krallıq nümayəndələri ilə danışıqlar aparmaq üçün Berlinə gəlib.

Qaziler.az bildirir ki, bu barədə "Politico" məlumat yayıb.

Nəşrin məlumatına görə, çərşənbə axşamı Umerov avroüçlük - Almaniya, Fransa və Böyük Britaniyanın milli təhlükəsizlik müşavirləri ilə görüşəcək.

Danışıqlar məxfi şəkildə aparılır. Almaniya kansleri Fridrix Mertsin nümayəndəsi görüşün qapalı xarakter daşıdığını əsas gətirərək, bu barədə şərh verməkdən imtina edib.

Ukraynanın Berlindəki səfirliyi də şərh vermək istəməyib.

QAZİLER.AZ